BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
20078

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birgə monitorinqlər keçirib.

Bu barədə Valyuta.az-a Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, monitorinqin nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını göstərir: "Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.

Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda - “Qudyalçay”, “Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”, “Nügədi”, Vəlvələçayda - “Vəlvələçay I, II”, “Talıbqışlaq”, Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş verib. Sözügedən çaylardakı karxana fəaliyyəti ümumilikdə regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərir. Belə ki, qidalanması bu çaylar hesabına olan yeraltı sular, hazırda əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv istismar fəaliyyəti bu regionda su ehtiyatlarının tükənməsinə yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurub".

Sadiq Əmiraslanov deyib ki, qazıntı işləri aparmaq üçün icazəsi olan istismarçı geoloji uçotun aparılması üçün fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov vurğulayıb ki, məqsəd hasilat işləri aparmaq üçün icazəsi olan istismarçıların fəaliyyətinə maneə törətmək deyil, onlardan sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi dərinlikdə, onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin qanuna müvafiq qaydada aparılması tələb olunur: "Biz anlamalıyıq ki, ekologiyanın təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə vurulan ziyana bərabərdir. Bütün dünyada, beynəlxalq səviyyədə su qıtlığı ilə mübarizə aparıldığı halda su ehtiyatlarımıza qarşı bu cür yanaşma bizi böyük məsuliyyətə cəlb edir. Bu mövzuda agentlik tərəfindən istismarçılarla dəfələrlə görüşlər təşkil olunub, ətraf mühitə vurulan ziyanın miqyası müzakirə edilmişdir. Yanlış istismarın nəticəsi gələcəkdə fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində, fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəkilində özünü büruzə verəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin