Mayın 1-də hava şəraiti necə olacaq? – PROQNOZ
Mayın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim şimal küləyi əsəcək, 7-12 m/s, gecə və səhər arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Mayın 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.
Mayın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay