Ekologiya
29.04.2021 / 18:19
Xırdalanda ağacları kəsənlər barədə polisə müraciət olundu - ETSN
11704
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Nazirlikdən Valyuta.az-a bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib.
Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay