28.04.2021 / 15:46
Nazirlikdən qəbiristanlıqda ağacların kəsilməsinə reaksiya - İş prokurorluğa göndərildi
11624
Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Valyuta.az-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay