Ekologiya
28.04.2021 / 12:21
Füzulidə “Köndələnçay-1" su anbarına 1500 balıq körpəsi buraxılacaq
11583
Füzuli rayonunda yerləşən “Köndələnçay-1" su anbarına ümumilikdə 1500 balıq körpəsi buraxılacaq.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, balıqlardan 1000-i çəkikimi və 500-ü ağamur balıq körpələridir:
“Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay