Ekologiya
22.04.2021 / 15:07
Bakı üzərində müşahidə olunan toz lokal xarakter daşıyır - AÇIQLAMA
11283
Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.
Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən xəbərə görə, qurum mütəxəssisləri son vəziyyətlə bağlı növbəti monitorinq aparılıb.
Nəticələrə görə, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Avtomat monitorinq stansiyalardan əldə olunan məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay