Ekologiya
20.04.2021 / 18:41
Havada toz dumanı müşahidə olunur - NAZİRLİK
11178
Bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.
Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.
Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay