Ekologiya
20.04.2021 / 18:56
Meşələrlə bağlı 9 müqaviləyə xitam verilib - Nazirlik
11169
“Meşə fondu torpaqlarında yaşıllıqların salınması ilə bağlı imzalanan müqavilələrin icrasının gedişatı ilə əlaqəli aparılan monitorinqlər nəticəsində 2020-2021-ci il ərzində 692 ha ərazi üzrə 9 müqavilə ləğv olunub”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Xidmət rəisi qeyd edib ki, öz öhdəliklərini yerinə yetirməyən və ətraf mühitə ziyan verənlərlə imzalanmış müqaviləyə xitam verilir:
“Monitorinqlər mütəmadi şəkildə aparılır. Növbəti monitorinqin may ayında olması planlaşdırılır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay