Ekologiya
20.04.2021 / 17:06
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
11161
Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində olan çaylara və su hövzələrinə 6 milyon 300 min ədəd körpə balıq buraxacaq.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir:
"Artıq bu işlərə start verilib. Bunlardan 1 milyon 500 mini çəki balığı, 2 milyon 300 mini kütüm balığı, 1 milyonu ağ amur, 1 milyonu isə enli alın balığı olacaq. Bununla yanaşı, həmçinin Xıllı Balıqartırma Zavodu tərəfindən 550 min ədəd nərə balığının çaylara buraxılması nəzərdə tutulur. Artıq ilk olaraq Bəsitçay, Həkəri və Bərgüşad çaylarına balıq buraxılıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay