Ekologiya
20.04.2021 / 16:52
Tək Abşeron yarımadasında 800-dən çox gölməçə var - Mirsalam Qənbərov
11159
“Bu gün tək Abşeron yarımadasında irili-xırdalı, mövsümü olaraq quruyan-qurumayan 800-dən çox gölməçə var”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, qarşıda duran əsas hədəf gölməçələrin təmizlənməsidir:
“Nazirlik göllərin təmizlənməsi istiqamətində gördüyü işlərin davamı olaraq Böyük şor və Zığ göllərində yenidən monitorinq işləri aparıb. İlkin qiymətləndirmə artıq hazırdır. Əsas məqsəd bu gölləri təmizləmək və bu işdə marağı olan sahibkarların, iş adamlarını həmin ərazilərdə infrastruktur sahələrini yaratmağa cəlb etməkdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay