Ermənistan ən çox Oxçuçayı çirkləndirir - Nazirlik
"Ermənistan Azərbaycanın təbii sərvətlərinə qarşı ekoloji terroru bu gün də davam etdirir. İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə transsərhəd çaylarımızda apardığımız monitorinqlər zamanı Oxçuçayın daha çox çirklənməyə məruz qaldığı müəyyən edilib".
Valyuta.az "Report.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin Qarabağ sektorunun müdiri Raqub Mirzəyev bildirib.
O qeyd edib ki, Zəngilan rayonu ərazisindən keçən Oxçuçaydan götürülmüş su nümunələrində aparılan analizlərin nəticələrinə görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu məlum olub:
“Buna səbəb Oxçuçayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu, Qafan mis filiz saflaşdırma kombinatının istehsalat tullantılarının təmizlənmədən birbaşa çaya axıdılmasıdır ki, ötən ay Oxçuçayda keçirdiyimiz monitorinq zamanı farel və digər balıqların öldüyü də bunu bir daha sübut edir”.
R.Mirzəyev onu da qeyd edib ki, Ermənistan indiyə kimi Beynəlxalq Su Konvensiyasına qoşulmayıb və beynəlxalq öhdəliyi öz üzərinə götürməyib:
“Ermənistan tərəfinin uzun müddət işğalda saxladığı Qarabağ bölgəsində törətdiyi ekoloji terrorla bağlı müvafiq beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər olunub”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay