Azərbaycanda suya necə qənaət etməli? – TƏKLİF
“Azərbaycanda suya olan tələbatın ödənilməsi üçün suya qənaət sistemi yenidən işlənib hazırlanmalıdır”.
Valyuta.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov ATV “Xəbər”ə müsahibəsində səsləndirib.
Alim, indiki suvarma dövründə Kür çayının vəziyyəti haqqındakı süjetdə çayın suyunun azalmasının bəzi səbəblərini açıqlayıb.
Su qıtlığının və insanların suya olan tələbatının artmasının başlıca səbəbini dünyada gedən qlobal iqlim dəyişmələri ilə əlaqələndirən alim, bu prosesin son 10-15 il ərzində davam etdiyini diqqətə çatdırıb.
M.İsmayılov bildirib ki, Kür çayı hövzəsində Gürcüstan, Ermənistan və İran Kür və Araza tökülən çaylardan intensiv surətdə istifadə edir:
“Həmin ərazilərdə su anbarları tikilir, suvarılan sahələr genişləndirilir ki, bu da nəticədə Kür və Araza tökülən suların azalmasına səbəb olur”.
Azərbaycanın su ehtiyatlarının ölkənin indiki tələbatını ödəyə bilmədiyini vurğulayan mütəxəssis, çıxış yolunu çaylar üzərində kiçik su anbarlarının tikilməsində, daxili su ehtiyatlarından səmərəli istifadədə və suya qənaət sisteminin yenidən işlənib hazırlanmasında görür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay