BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
9777
Hər qadının uğur tərifi fərqlidir. Amma uğurlu qadınların bəzi ortaq xüsusiyyətləri də mövcuddur. Bu xüsusiyyətləri təqdim edirik:
 
İşlərini ehtirasla görürlər
 
Ehtiras olmadan heç bir bacarıq işə yaramaz. Gördüyünüz işi sevməzsəniz, motivasiyanızı ititərə və özünüzü yeniləyə bilməzsiniz. Karyeranıza istəklə bağlansanız, işiniz sizə işgəncə kimi gəlməz.
 
Mükəmməllik arxasınca qaçmırlar
 
Mükəmməllik üçün zaman və enerji xərcləmək sadəcə bədbəxtliyə səbəb olar. Uğurlu qadınlar hər şeyi eyni anda mükəmməl edə bilməyəcəyini bilir. Qüsurlarda ilişib qalmaq həm iş potensialını azaldır, həm də zehni korlayır. Mükəmməl olma vəsvəsəsini kənara qoyun və əlinizdən gələnin ən yaxşısını edin.
 
Adətən, boss olurlar
 
Bir çox uğurlu qadın öz işinin rəhbəri olanda öz qaydalarını qoyacağını bilir. Bir şirkətdə nə qədər yüksəlsəniz, işlər o qədər asanlaşır və nəzarət sizdə olur. Bu zaman özünüz və iş yoldaşlarınız üçün daha sağlam, xoşbəxt və balanslı şərait yarada bilərsiniz.
 
Ya xoşbəxt evlilikləri olar, ya da heç evlənməzlər
 
Uğurlu qadın real münasibətin dəyərini bilir. Lider pozisiyasındakı qadınların partnyorları da onları dəstəkləyər. Bədbəxt evlilik isə onlara görə deyil.
 
Uğurlu olacaqlarına inanırlar
 
Öz uğurlarına inanmaq uğurun açarıdır. Özlərini rahat hiss edər və uğura gedən yolda rahat irəliləyərlər. Özlərinə inanmaq işin sirridir.
 
Riskə getməkdən qorxmazlar
 
Hər qadın özünə bu sualı verməlidir: heç bir qorxun olmasaydı, nə etmək istərdin? Karyerada və həyatda dəyişiklik etmək üçün arada riskə getmək lazımdır. Uğurlu qadınlar düşünmədən qərar verməzlər, ancaq hesablı şəkildə riskə getməyi bacararlar.
 
Uğursuzluğun uğurl əl-ələ olduğunu bilirlər
 
Uğursuzluq uğurun əksi deyil. Uğurlu qadınlar bəzən uğursuz olacaqlarını bilir və karyerada irəliləməyin ən əhəmiyyətki tərəfi də bəzən yıxılmaqdır. Məsələn, məşhur "Herri Potter” seriyasının müəllifi 12 yayım evi tərəfindən rədd edilib, ancaq o, ümidini itirməyib və davam edib.
 
Fiziki baxım mütləqdir
 
Bir çox uğurlu qadın nizamlı olaraq idman etməyin əhəmiyyətini bilir. Sadəcə arıq qalmaq üçün yox, stressdən qurtulmaq, endorfin miqdarını artırmaq və enerji üçün idman edər.
 
"Ediləcəklər” siyahısı heç vaxt bitməz, amma problem də olmaz
 
Bəzən hər işiniz yarımçıq qalsa da məhsuldar ola bilərsiniz. Siyahıda real olmayan maddələrə baş aparmağa dəyməz. Bəlli məqsədləri, məsuliyyətləri və ya görəcəyi işləri bir kənara qoymaq, əslində, azadlıq verən durumdur. Qarşılanmayan gözləntilərin yaratdığı narahatlıqdan qurtulmaq möhtəşəm duyğudur.
 
Planlı yaşayarlar
 
Uğurlu qadınlar ev işi və uşağa baxmaq kimi məsələlərdə prioritet sırası edər. Zamanlarını planlı şəkildə istifadə edər. Beləliklə, ailə toplantılarında, tətillərdə və uşaqları ilə birgə keçirəcəkləri zamanlarda problem yaşamazlar.
 
Real münasbət qurmağı və onları yaşatmağı bilirlər
 
Dəstəkləyici münasibət şəbəkəsi uğurun açarıdır. Dostlarla görüşmək, yeni ortamlarda olmaq həm xoşbəxtlik, həm də karyera üçün əhəmiyyətlidir.
 
Əhatələrinə minnətlərini ifadə edərlər
 
Uğurlu qadınlar onları dəstəkləyənləri həm özəl həyatda, həm də iş həyatında yaxşı tanıyır. Bu minnətdarlıq həm onların daha yaxşı insanlar olmasına, həm də işçilərin sədaqatinə gətirib çıxarır.
 
Mənbə: Publika.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin