Dünya
26.03.2021 / 13:32
Pandemiya qlobal iqtisadiyyata nə qədər zərər vurub?
9723
Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.
Bu barədə RİA "Novosti"yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.
"COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı", - S. Verşinin vurğulayıb.
O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay