Çin 3 il ərzində 30 yeni aeroport istifadəyə verəcək
Çin hökuməti ölkədə nəqliyyat şəbəkəsinin inkişafı üçün qarşıdakı 3 il ərzində 30 yeni hava limanı istifadəyə verməyi planlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin nəqliyyat nazirinin müavini Van Yan açıqlama verib. O, hökumətin növbəti 3 ildə 3 min kilometr dəmir yolu çəkməyi, habelə 25 min kilometr avtomobil yolu inşa etməyi və ya yenidən qurmağı hədəflədiyini də əlavə edib.
"Çində bu yaxınlarda mütləq yoxsulluğu aradan qaldırıldığı və kənd yerlərinin canlanması prosesinə keçildiyi üçün daha çox səy kənd yerlərini şəhərlərlə əlaqələndirən yolların inşasına yönələcək. Məqsəd kənd təsərrüfatı məhsullarının şəhərlərə, sənaye məhsullarının isə kəndlərə daha asan çatmasını təmin etməkdir",- deyə nazir müavini bildirib.
Qeyd edək ki, Çin daşınan sərnişinlərin sayına və yüklərin miqdarına görə, habelə nəqliyyat şəbəkələrinin uzunluğuna görə dünyada qabaqcıl yerlərdədir. Hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı Çindir. Bu ölkə dünyada ən uzun sürətli dəmir yolu şəbəkəsinə malikdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay