Avropa istiqrazları Çin bazarına buraxıldı
BRİCS ölkələrinin müştərək təsisatı olan Yeni İnkişaf Bankı (NDB) Çin banklararası istiqrazlar bazarına bazarında 5 milyard yuan həcmində sabit dərəcəli 3 illik istiqrazlar buraxıb.
“Report” banka istinadən xəbər verir ki, BMT İnkişaf Proqramı (UNDP) Dayanıqlı İnkişaf Hədəfləri (SDG) çərçivəsindəki İstiqrazların Təsir Standartları, habelə Çinin SDG Maliyyə Təsnifatına uyğun olaraq bütövlükdə 20 milyard yuanlıq istiqraz proqramı çərçivəsində yerləşdirilən istiqrazlar 3,22 faizlik gəlir göstəricisinə malikdir.
Sözügedən istiqrazlar Çinin COVID-19 pandemiyasından sonra dirçəlməsinə yönəlmiş 7 milyard yuanlıq Fövqəladə Yardım Proqramı çərçivəsində yerləşdirilir. Bu əməliyyat coğrafi cəhətdən geniş olan sərmayədar kütləsi tərəfindən diqqətçəkən tələbata səbəb olub. Belə ki, sərmayədarların 51 faizi Çinin, 27,5 faizi Asiya – Pasifik regionunun qalan ölkələrinin, 15 faizi Avropa, Yaxın Şərq və Afrikanın (EMEA), 6,5 FAİZİ DƏ Qərb yarımkürənin payına düşür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay