Dünya
22.03.2021 / 20:31
Türk lirəsi 9.70 faizə qədər ucuzlaşacaq – PROQNOZ
9596
Türk lirəsi dollara nisbətən stabil qalsa da, ilin ikinci yarısına qədər 9.70%-ə qədər ucuzlaşacaq.
Valyuta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə Avropanın ən böyük maliyyə şirkətlərindən biri olan “Societe Generale” şirkəti çıxış edib.
Qurumun yaydığı məlumatda qeyd edilir ki, xüsusilə də Mərkəzi Bankın keçmiş rəhbəri Naci Ağbalın istefası vəziyyəti daha da pisləşdirib.
Məlumatda, hadisələrin sonrakı gedişatında Türkiyənin geriyə dönüşü olmayan bir yola daxil olduğu vurğulanıb.
“Əgər verilən proqnozlar doğru çıxarsa və Türk lirəsi dollar qarşısında 9.70%-ə qədər ucuzlaşarsa, bu, ciddi valyuta böhranın xəbərçisi kimi qiymətləndirilə bilər” – şirkətin açıqlamasında vurğulanır.
Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay