Dünya
23.03.2021 / 13:53
İsveç "Rus Sputnik V” vaksini istehsal edəcək – İDDİA
9595
“AstraZeneca” vaksini ilə bağlı yaranmış problemlər Avropanı yeni vaksin axtarışına çıxmağa məcbur edir.
Valyuta.az İsveç mətbuatına istinadən xəbər verir ki, Almaniya, İtaliya, Fransa və İspaniyadan sonra “AstraZeneca”nın istifadəsini dayandıran İsveç də Rusiyanın "Sputnik V" vaksininin istehsalına hazırlaşır.
Ölkənin “Svenska Dagbladet” qəzetində səsləndirilən iddialara görə, artıq bir neçə şirkət "Sputnik V" vaksininin istehsalı üçün bir araya gəlib.
İsveçdəki vaksinasiya kampanyasının koordinatoru Richard Bergström bildirib ki, Rusiya vaksininin ölkədə istehsalı ilə bağlı görüşlər keçirilib və müzakirələr aparılıb.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay