Avropanı “Brexit”dən sonra “Frexit” gözləyir?
Jurnalist Loran Erble “La Figaro” jurnalında dərc etdiyi məqaləsində Fransanın Avropa İttifaqından (Aİ) çıxma ehtimalı barədə xəbərdarlıq edib.
Müəllif hesab edir ki, koronavirus pandemiyası Avropa sənayesinin və iqtisadiyyatının nə qədər gerilədiyini nümayiş etdirdi.
Ekspert faktiki olaraq baş verənlərdə Aİ rəhbərliyini günahlandırır. Onun fikrincə, qurum Avropa ticarətinə üstünlük verilməsinə mane olur və birliyə üzv dövlətlərə lazımi dəstəyi vermir.
Erble xatırladıb ki, ABŞ milli iqtisadiyyata kömək məqsədi ilə təxminən beş trilyon ABŞ dollar ayırsa da, Avropada isə bu rəqəm təxminən 300 milyard avro təşkil edib.
“Eyni zamanda, bu şərtlərdə Aİ rəhbərliyi ölkələri rəqabət qabiliyyətlərini artırmaq üçün dərman xərclərini və həkimlərin məvaciblərini azaltmağa çağırıb. Aİ danışıqları o qədər yavaş aparır ki, əksər Avropa ölkələri Rusiya və Çin peyvəndləri almağa başlayır”-məqalə müəllifi bildirib.
Mütəxəssis hesab edir ki, “Brexit” presedent yaratmaqla yanaşı ittifaqda olmaqdan daha sərfəli ola biləcəyini göstərdi:
“Xüsusilə İngiltərənin koronavirusla mübarizə strategiyası Avropanın strategiyasından əhəmiyyətli dərəcədə daha təsirlidir”.
Erble bildirib ki, Fransanın Avropa İttifaqından çıxma ideyasının tərəfdarları öz mövqelərini möhkəmləndirmək üçün yeni arqumentlər əldə ediblər:
“Avropa İttifaqı - heç vaxt maraqlarımıza xidmət etməyən əlavə bürokratik quruluşdur”-deyə jurnalist bildirib.//Report.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay