İtaliyada karantin rejimi yenidən sərtləşdirilir
Rəsmi Roma hökuməti son günlər yoluxma sayının artması səbəbindən ölkə ərazisində məhdudiyyətləri artırmağa başlayıb.
Valyuta.az xarici KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qəbul etdiyi qərara əsasən, martın 15-dən 10 şəhərdə qırmızı, 9 şəhərdə isə narıncı bölgənin elan edilməsi gözlənilir.
Qərarın qəbul edilməsindən sonra ölkədə sarı zona qalmayacaq, ağ bölgə tədbirləri isə yalnız Sardiniya adasında həyata keçiriləcək. Aprelin 6-na qədər qüvvədə olacaq tədbirlər sırasında 2-5 Aprel tarixlərində baş tutacaq Pasxa bayramı da var. Bu bayramın qırmızı bölgə məhdudiyyətləri çərçivəsində həyata keçiriləcəyi gözlənilir.
İtaliya Səhiyyə Təşkilatının verdiyi son açıqlamaya görə, son 1 həftə ərzində virusa yoluxma həddi daha da artıb. Belə ki, artıq ölkə xəstəxanalarının reanimasiya şöbələrində xəstələrin sayının 26%-dən 31%-ə yüksəldiyi və palatalarda boş yerin qalmadığı bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin baş naziri Mario Draghi, Romanın Fiumicino hava limanında keçirdiyi mətbuat konfransında kornovirusa yoluxma dalğasının yenidən artdığını bildirmişdi.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay