Avropa e-ticarətində böyük canlanma yaradıb
Pandemiya dövründə ticarət obyektlərinin bağlanmasına baxmayaraq, mağazaları gəzmək həvəsi onlayn alış-verişin kəskin şəkildə artmasına səbəb olub.
Valyuta.Az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanda internet istifadəçilərinin təxminən 70 faizi bu xidmət vasitəsilə onlayn alış-veriş etməklə yanaşı, digər internet sahələrindən də istifadə edirlər.
Avropa İttifaqında onlayn alış-veriş edən internet istifadəçilərinin orta göstəricisi 72 faiz təşkil edir. Yəni, macarlar, bu baxımdan Avropanın orta statistik göstəricisindən çox da geri qalmırlar. Pandemiyayadək olan dövrlə müqayisədə ölkədə onlayn alış-verişdə təxminən 23 faiz artım qeydə alınıb.
Pandemiya zamanı niderlandlılar daha çox (İnternet istifadəçilərinin 91 faizi) onlayn alış-veriş ediblər. İkinci yerdə danimarkalılar (90 faiz), sonrakı yerlərdə isə almanlar (87 faiz), isveçlilər (86 faiz) və irlandiyalılar (81 faiz) gəlir. Hazırda onlayn alış-veriş xidmətindən ən az istifadə edənlər bolqarlar (42 faiz), rumınlar (45 faiz ) və italyanlardır (49 faiz).
Macarıstandan başqa, bu sahədə kəskin canlanma Rumıniyada (27 faiz), Çexiyada və Xorvatiyada (25 faiz) müşahidə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay