ABŞ-dan vaksinasiya ilə bağlı kritik AÇIQLAMA
İki dozada vaksin olunan vətəndaşlar sərbəst hərəkət edə biləcəklər
Koronavirus (COVİD-19) virusuna qarşı hər iki dozada peyvənd olunan Amerika vətəndaşları bundan sonra yalnız sosial məsafəyə əməl etmək şərti ilə ictimai yerlərdə maskasız hərəkət edə biləcəklər.
Valyuta.az Sondakika.com-a istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, "Moderna, Pfizer və ya Johnson & Johnson" peyvəndinin hər iki dozasını alan insanlar qapalı məkanlarda maskasız bir araya gələ biləcək, hətta ağır xəstəlik riski az olan insanları da ziyarət edə biləcəklər.
Qurumun nümayəndələri bu cür qaydanın qarşıdakı dövrdə Avropa ölkələrində, daha sonra isə mərhələli şəkildə digər dövlətlərdə tətbiq oluna biləcəyini vurğulayıblar. Mütəxəssislər bununla belə, vaksinasiyadan keçən şəxslərə maska taxmağa davam etmələrini, böyük toplantılardan və ictimai yerlərdə gəzintilərdən çəkinmələrini tövsiyə edirlər.
Qeyd edək ki, bu günə qədər 30.7 milyon ABŞ vətəndaşı vaksin olunub.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay