BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8681

Cənubi Koreyanın paytaxtı Seuldan bir saatlıq məsafədə yerləşən Sonqdo şəhərinin sakinləri artıq gələcəkdə yaşayırlar. Belə ki, şəhərin hər bir sakinində ictimai nəqliyyatda və dayanacaqda pul ödəmək, kinoteatra getmək və ya velosiped icarəyə götürmək üçün istifadə edilə bilən ağıllı kart var. Sakinlər tıxaclarda, demək olar ki, heç qalmırlar: bütün avtomobillər sıxlığı tez bir zamanda aşkar etmək üçün xüsusi radiomarkerlərlə təchiz olunmuşdur və yol səthinin altındakı sensorlar şəbəkəsi trafik sıxlığını müəyyənləşdirir və siqnalları tənzimləyir.

Sonqdo yaşayış binalarındakı pnevmatik zibilötürücülər avtomatik olaraq mənzillərdən zibili çıxarır və məişət tullantılarını sortlaşdırır, onların bir hissəsi yenidən işlənir və bərpa olunan enerjinin alınması üçün istifadə olunur. Sonqdo sıfırdan hazırlanmış və inşa olunmuş “ağıllı şəhər” nümunələrindən biridir. Hələ 2000-ci ildə onun yerində bir neçə balıqçılıq tikilisi vardı idi. Üç il sonra Cənubi Koreya hökuməti Seul Aeroportunun yaxınlığında biznes-rayon yaratmaq üçün həmin əraziyə 500 milyon ton qum tökmüşdü. 2014-cü ildə yeni şəhərin əhalisi artıq 70 min nəfəri örtmüşdü, yatırılan vəsaitin məbləği isə 35 milyard dollara çatmışdı. Şəhər biznes üçün cəlbedici şəraiti olan iqtisadi zonaya, həmçinin bütün dünyada “ağıllı” şəhərlərin inkişafı üçün modelə çevrilmişdir.

Sonqdo şəhərinin inşasına 2005-ci ildə başlanılmışdı. Əvvəlcə tikintinin 2016-cı ilədək tamamilə başa çatdırılması planlaşdırılırdı, lakin nəticədə yekun işlər 2025-ci ilə təxirə salındı. Sonqdo kompakt bir şəhərdir, o belə layihələndirilmişdir ki, şəhərin istənilən nöqtəsinə 15 dəqiqə ərzində velosipedlə çatmaq olar. Məsələ ondadır ki, müasir şəhərsalmada, 20-ci əsrdə məşhur olan ciddi şəhər zonallığı praktikası artıq köhnəlmiş hesab olunur. Bu praktika nəqliyyat sistemini həddindən artıq yükləyən şəhərdaxili miqrasiyanın səbəbi kimi göstərilir. Buna görə də, Sonqdo şəhərində ofis binaları ticarət zonalarının yerləşdiyi ilk mərtəbələrdə yaşayış evləri ilə qonşuluqdadır.

Maraqlıdır ki, şəhərdəki yaşıl ərazilər həm də binalardır. Sonqdo ABŞ-ın Qrinsburq şəhərindən sonra dünyada ən çox yaşıllığa malik ikinci şəhərdir. Grinsburq yaşıl şəhər adına iddia edirsə, Sonqdo “ağıllı şəhər” olmaq istəyir. Bununla yanaşı, Sonqdo ətraf mühitə mümkün qədər ən az zərər vurmaq prinsipi əsasında salınmış bir şəhərdir. Şəhər üçün əsas məsələ enerji səmərəli və ekoloji cəhətdən zərərsiz texnologiyaların istifadəsidir.

İndi Sonqdo şəhərində, təxminən, 90 min nəfər yaşayır, ümumilikdə isə 252 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Şəhərdə 400 min iş yeri yaradılır və daha 200-300 min insanın hər gün materikdən işə gələcəyi planlaşdırılır.

Şəhərdə insanın rahat yaşaması üçün bir neçə təşəbbüs irəli sürülmüşdür. İlk növbədə, bu, avtomobil nəqliyyatından imtinanın populyarlaşmasıdır. Avtomobil, əslində, obyektlərin 15 dəqiqəlik məsafəsində olduğu bir şəhərdə lazım da deyil. Bunun müqabilində şəhərdə 25 kilometrlik velosiped yolları çəkilir, ada ilə Inçxon Hava Limanını birləşdirən avtobus və metro fəaliyyət göstərir. Yox, əgər şəhər sakini avtomobili seçərsə, o zaman saysız-hesabsız hibrid və elektrikli vasitə doldurma stansiyaları, eləcə də pulsuz avtomobil parklanmaları onu ekoloji nəqliyyat vasitələrinə yönəldəcək. Yeri gəlmişkən, Sonqdo şəhərində parklanmaların 95 faizi yerin altında yerləşir.

Şəhərdə iki istiqamətli enerji istehlakı sistemi tətbiq edilir: tədarükçüdən istehlakçıya və əksinə. Bütün enerji istehlakçıları enerji istehlaklarını bu məlumatların təhlil olunduğu nəzarət mərkəzinə bildirir və həmin mərkəz də dəyişən tələbə uyğunlaşa biləcək səmərəli elektrik şəbəkəsi əldə etmək üçün nəticəni hesablayır. Kondisioner, işıqlandırma və ya mikrodalğalı sobanı uzaqdan idarə etməyə imkan verir. Məsələn, Sonqdo şəhərində ofisdə ütünü söndürmədiyini xatırlayan vətəndaşın evə qaçmasına lüzum yoxdur, çünki bütün məişət avadanlığını birbaşa ofisdən yoxlaya və cihazı söndürə bilir. Bundan başqa, şəhərdəki bütün pəncərələr aşağı istilik keçiriciliyi əmsalı olan şüşədən hazırlanır. Bu da otağı Günəş işığından sərinlətmək üçün qənaət etməyə imkan verir. Sonqdoda yalnız LED işıqlandırma cihazları istifadə olunur. Şəhərdə alternativ enerji mənbələri də var: təbii qazla işləyən generatorlar inşa olunmuşdur, Günəş enerjisindən də istehsal edilir. İşlənmiş isti su isə texniki və yaşayış binalarının qızdırılması üçün istifadə olunur və bütün bu innovasiyalar hər bir binada enerji istehlakını 30 faiz azaltmağa imkan verir.

Ümumiyyətlə, Sonqdo şəhərində sudan istifadə yüksək səviyyədə təşkil olunmuşdur. Məlumdur ki, 2025-ci ilə qədər su qıtlığı olan bölgələrdə yaşayan insanların sayı altı dəfə artacaq. Buna görə, Songdoda suyun qorunmasına çox ciddi yanaşılır. Məsələn, şəhərdə bütün yağış suyunu toplayırlar və həmin toplanmış yağış suyundan küçə bitkilərinin suvarılmasında, küçələrin yuyulmasında və binalarda kanalizasiya məsələlərində istifadə edirlər. Yağış suyunun saxlanması üçün konteynerlər şəhərin hər bir rayonunda var. Bundan başqa, şəhərdə çirkab suları təmizlənir və suvarma parklarında, müəssisələrdə də istifadə olunur.

Bütün şəhərdən dəniz suyu olan bir kanal keçir. Buradakı su texniki məqsədlər üçün istifadə olunur və mexaniki, eləcə də kimyəvi çirkləndiricilərdən təmizlənərək geri qayıdır. Bütün bunlar da su təchizatı və kanalizasiya xərclərini əhəmiyyətli dərəcədə azaldır. Damlardakı bitki örtüyü də yağış sularının axınını azaldır, Günəş istiliyini udur və ətrafdakı havanı sərinləşdirərək ondan fotosintez üçün istifadə edir. Düşünülmüş yaşıllaşdırma, yağış suları və “boz su”nın (qabyuyanlardan və paltaryuyan maşınlardan axıntılar) təmizlənməsi Sonqdoda təmiz suyun istehlakını adi şəhərdəkindən təxminən 10 dəfə aşağı etməyə imkan verəcək.

Şəhərdə böyük əsas sistemlərə əlavə olaraq, optimallaşdırma digər sahələrə də toxunmuşdur. Məsələn, Sonqdoda adi şəkildə zibil toplamaq olmayacaq. Pnevmatik boru vasitəsilə həm yaş, həm də quru zibil mərkəzi emal stansiyasına çatdırılacaq. Bu, küçələrdə tullantıların və zibillərin saxlanmasından tamamilə qurtulmağa imkan verəcək. Şəhərdə 20 mindən çox böyük teleekran quraşdırılacaq və onların köməyi ilə videogörüşlər keçirmək mümkün olacaq. Vaxt keçdikcə onlar hər evdə və hər ofisdə quraşdırılacaq. Bundan başqa, hər şəhər sakini smart kart vasitəsilə bütün şəhər xidmətlərindən istifadə edəcək. Yəni həmin kartla avtobusla səyahət etmək, kinoteatrı getmək, pulsuz velosiped kirayələmək və s. mümkün olacaq. Həmçinin Sonqdo kommunal, tibbi və korporativ informasiya sistemlərinin birləşdiyi ilk şəhər olmağı iddia edir. Burada hər bir evə fiber-optik xətt və simsiz yüksəksürətli kanal çəkilmişdir.

Bir sözlə, 16 il ərzində Sonqdo şəhəri çirkli bataqlıqdan dünyanın ən perspektivli urbanistik layihələrindən birinə çevrilmişdir. Ekoloji cəhətdən təmiz və texnoloji cəhətdən təchiz edilmiş şəhər olan Sonqdo yaxın gələcəkdə Şimal-Şərqi Asiyanın iqtisadi mərkəzinə çevrilməyi nəzərdə tutur. Yaradıcılar layihənin sonuna qədər şəhərin dünyanın ən ağıllı şəhəri olacağına söz verirlər. Bir çox layihələr ilk dəfə Sonqdo tətbiq olunur və bu mənada şəhər test üçün bir platforma kimi çıxış edir. Əgər eksperiment uğurlu olacaqsa və sistemlər öz effektivliyini və rahatlığını sübut edəcəksə, perspektivdə Seulu da belə görəcəyik.

Doğrudur, xarici görünüş baxımından Sonqdo şəhərinin çox cəlbedici görünmədiyi vurğulanır. Memarlıq baxımından şəhərin ifadəsiz və səliqəli təşkil edilmiş bloklardan ibarət olduğu bildirilir. Hətta bu gələcəyin şəhərinin öz memarlıq simasının olmadığı qabardılır. Bununla yanaşı, Sonqdo layihəsinin baş səhmdarı və investoru “Gale International” Asiyanın digər ölkələrində də analoji şəhər layihələrini reallaşdırmağı planlaşdırır.

Artıq bu istiqamətdə əməkdaşlıq nümunələri də var. Məsələn, 2013-cü ildə Çinin Çanşa şəhərinin yaxınlığında ilk Sonqdo layihəsinin reallaşdırılmasına başlanmışdır. Çin rəsmiləri “Gale International” şirkətilə oxşar şəhərlərin yaradılması barədə razılığa gəlmişlər. Güman ki, tezliklə dünyada belə şəhərlərin sayı çox olacaq. // "Xalq" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin