Dünya
06.03.2021 / 10:00
Dünya iqtisadiyyatı qum qıtlığı ilə üzləşə bilər
8605
Qlobal iqtisadiyyat ən vacib materiallardan biri sayılan qum çatışmazlığı ilə üzləşə bilər.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Qeyd olunur ki, bu, XXI əsrin ən böyük problemlərindən biri ola bilər. Belə ki, qum sudan sonra ən çox tələb olunan ikinci mənbədir. Qum yolların, körpülərin, yüksək sürətli keçidlərin tikintisində istifadə olunan əsas materialdır. Bu məhsul şüşənin, silikon çiplərin və digər məhsulların istehsalında da istifadə olunur. Xüsusilə, bir ton sement istehsalı üçün 10 ton qum tələb olunur. Təkcə inşaat sektoru hər il 40-50 mlrd. ton arasında qum istehlak edir. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay