BVF-dən Mərkəzi Banklara “aşağı dərəcəli faiz” mesajı
Beynəlxalq Valyuta Fondu Pul və Kapital Bazarları Şöbəsi ilə birlikdə aşağı faiz dərəcələri ilə bağlı ortaq hesabat yayımlayıb.
Valyuta.az hurriyet.com.tr saytına istinadən xəbər verir ki, BVF Mərkəzi Banklara istifadə edilmə ehtimalları az olsa belə, aşağı faiz siyasətini rədd etməmələrini tövsiyyə edib.
Bəzi mərkəzi bankların 2012-ci ildən başlayaraq aşağı faiz siyasətini tətbiq etdiyini xatırladan hesabat, yeni növ koronavirus (COVİD-19) epidemiyasının yaratdığı böhran səbəbindən aşağı faiz siyasətinin yenidən gündəmə gəldiyini bildirib
Qeyd edilir ki, bu növ faiz siyasətinə keçid birjalarda, uzunmüddətli gəlirlərdə və bank faizlərində ciddi təsirə malik olub.
Hesabat, bəzi mərkəzi banklarda aşağı faiz siyasətinin tətbiq edildiyini, bəzilərinin isə dövlətlərin siyasəti ilə əlaqədar olaraq rədd etdiklərini diqqətə çatdırıb.
Maraqlı nüanslara toxunan hesabat müəllifləri, ümumilikdə bütün mərkəzi bankların aşağı faiz siyasətinin gec ya da tez tətbiq etmək məcburiyyətində qalacaqlarını xüsusi vurğulayıblar.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay