Dünya
03.03.2021 / 09:25
“Alibaba”nın qurucusu artıq Çinin ən varlı şəxsi deyil
8373
“Alibaba” şirkətinin qurucusu Cek Ma Çinin ən varlı şəxsi statusunu itirib.
“Reuters”in məlumatına görə, o, ölkəsindəki maliyyə sistemini tənqid etdikdən sonra ciddi təzyiqlərlə üzləşib.
Sahibkara qarşı antiinhisar qurumu tərəfindən araşdırma başlanıb və onun şirkətlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, hazırda çinli milyarderlərin siyahısına 85 milyard dollar sərvətə malik Çjun Şanşan başçılıq edir. Cek Ma isə 56 milyard dollarlıq varidatı ilə dördüncü yerdədir. //oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay