Dünya
01.03.2021 / 13:37
Rusiya buğdanın ixrac rüsumunu artırdı
8297
Bu gündən etibarən Rusiya buğdanın ixrac rüsumunun bir tonunu 50 avroya qədər artırır.
Vesti.ru xəbər verir ki, bu barədə fərman yanvarın 26-da imzalanıb.
Yeni rüsum buğda, qarğıdalı, arpa və çovdar ixracı kvotası daxilində qüvvədədir.
Kvota çərçivəsində 15 martdan etibarən qarğıdalı (1 tonu 25 avro) və arpa (1 tonu 10 avro) ixracatı üçün rüsum mövcuddur. Çovdarın xaricə çatdırılması üçün rüsum ödənilmir.
Bildirilir ki, bu qərar ixracatın azaldılmasına kömək edəcək və bazar iştirakçılarının kənd təsərrüfatı xammalı ixracından yüksək əlavə dəyəri olan məhsullarının ixraca yönəldilməsinə imkan yaradacaq.
Yeni rüsumlar 1 iyun tarixinə qədər qüvvədədir və 2 iyun tarixindən etibarən səlahiyyətlilər bu sahədə üzən rüsumlar tətbiq edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay