Ermənistanda orta aylıq əməkhaqqı azalıb
Ermənistanda orta aylıq nominal əməkhaqqı azalıb.
Valyuta.Az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, 2021-ci ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,8% azalıb. Hesabat dövründə Ermənistanda orta nominal əməkhaqqı 183 760 dram olub. Eyni zamanda, 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabrı ilə müqayisədə bu göstərici 19,5% azalıb.
Dövlət və özəl sektorda da orta aylıq əməkhaqqı azalıb. Belə ki, 2021-ci ilin yanvarında, ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanın dövlət sektorunda orta nominal əməkhaqqı 0,1% azalaraq 160 279 dram olub. Cari ilin yanvarında ötən il dekabr ayı ilə müqayisədə bu azalma 29,1% təşkil edib.
Özəl sektorda 2021-ci ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə orta nominal əməkhaqqı 5,4% azalaraq 194 873 dram təşkil edib. Eyni zamanda, 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabrına nisbətən azalma 15% olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay