Dünya
27.02.2021 / 19:53
ABŞ iqtisadiyyatı 1,9 trilyon dollarlıq stimullaşdırılacaq
8239
ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirus (COVID-19) pandemiyası fonunda 1,9 trilyon dollar dəyərində iqtisadi stimullaşdırma paketini təsdiqləyib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, müvafiq qanun layihəsinin lehinə 219 nəfər səs verib, 212 nəfər isə bu qanuna qarşı çıxıb.
Daha sonra sənədi Senat qəbul etməli və ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.
Layihədə əksər vergi ödəyicilərinə 1 400 dollarlıq çek göndərilməsi, eləcə də federal səviyyədə minimum əmək haqqının saatda 15 dollara çatdırılması öz əksini tapıb. //Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay