Bayden çip böhranına görə hərəkətə keçdi - 37 milyardlıq vəsait...
ABŞ Prezidenti Co Bayden yüksək tutumlu akkumulyatorlar, əczaçılıq məhsulları, kritik minerallar, avtomobil, telefon və hərbi texnika kimi məhsullarda istifadə olunan yarımkeçiricilərin (çip) tədarük zəncirini gücləndirərək istehsalın artırılmasına yönəlmiş yeni fərman imzalayıb.
Bayden yarımkeçiricilər adlanan çip tədarükü probleminin avtomobil istehsalında gecikmələrə səbəb olduğunu bildirib.
Bayden çıxışında Amerika istehsalının gücləndirilməsinin və kritik məhsullarda xarici ölkələrdən asılı olmamağın vacibliyinə diqqət çəkib: "Amerika xalqı istər maşın, istərsə də reseptli dərman və ya market olsun, aldıqları mal və xidmətlərlə heç vaxt problemlə üzləşməməlidir. Fərman ABŞ-ın tədarük zəncirinin kövrəkliyini azaltmağa kömək edəcək. Dayanıqlı, müxtəlif və təhlükəsiz tədarük zəncirləri, yerli istehsal gücümüzü canlandırmağa və yaxşı ödənişli iş yerləri yaratmağa kömək edəcək. Bu, yalnız yerli potensialı gücləndirməyəcək, həm də Amerika şirkətlərinin mallarını ixrac etmək imkanlarını artıracaq”.
Bayden son zamanlar çip tədarükündə problemlərin olduğunu da vurğulayıb: “Yarımkeçirici təchizatı problemini həll etmək məqsədilə sənaye liderləri ilə işləmək üçün təlimat verdik. Çip istehsalının gücləndirilməsi üçün 37 milyard dollar vəsaitə ehtiyac var”.
Qeyd edək ki, ABŞ-da çip çatışmazlığı səbəbindən avtomobil qiymətlərinin artması ilə bağlı narahatlıqları Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauellin Nümayəndələr Palatasının təqdimatında da gündəmə gətirilmişdi. // teleqraf.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay