Dünya
25.02.2021 / 16:00
Gürcüstanda dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
8122
Gürcüstanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması iki gündən sonra bərpa olunacaq.
“Report” xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, daşınmaların bərpası üçün müəyyən hazırlıq tələb olunur: “İki gündən sonra dəmir yolları ilə hərəkət bərpa olunacaq və cədvəl elan ediləcək”.
Qeyd edək ki, bu gündən qonşu ölkədə şəhərlərarası nəqliyyat fəaliyyət göstərməyə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay