“Dow Jones” indeksi rekord vurub
Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin tənzimləyicinin monetar siyasətini dəyişdirmək niyyətində olmadığını söyləməsindən sonra “Dow Jones” fond indeksi rekord həddə çatıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, Pauell hazırda əsas diqqətin pandemiyanın zərər vurduğu iqtisadiyyatın bərpasına yönəldildiyini bildirib.
FED rəhbəri büdcə kəsirinin artması və ya dövlət istiqrazlarının gəlirliliyinin artması barədə narahat olmağın hələ tez olduğunu söyləyib. “İndi bu məsələlərə üstünlük verməyin zamanı deyil”, - o vurğulayıb.
“Dow Jones Industrial Average” indeksi bazarın bağlanış anında 1,35% və ya 424,51 bənd artaraq rekord göstəriciyə - 31 961,86 bəndə çatıb. Eyni zamanda, gündəlik ticarət zamanı indeks ilk dəfə 32 min bənd həddini aşıb.
ABŞ İqtisadiyyat Nazirliyi daha əvvəl 2020-ci ili İkinci Dünya Müharibəsindən bəri iqtisadiyyat üçün ən pis il adlandırmışdı. FED rəhbəri qeyd edib ki, əmək bazarının pandemiyadan əvvəlki səviyyəyə çatması üçün bir neçə il vaxt lazımdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay