Dünya
24.02.2021 / 09:40
ABŞ elektron dollar yaratmaq məsələsini araşdırır
8071
"ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) elektron dollar yaratmaq məsələsini diqqətlə öyrənir, lakin bu, bank sisteminə mənfi təsir göstərmədən edilməlidir”.
“Report”un məlumatına görə, bunu Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell bəyan edib.
“Elektron dolları tətbiq edib-etməyəcəyimizi çox yaxından araşdırırıq. Bu, dünyanın mərkəzi bankları qarşısında duran sualdır. Bunu necə edəcəyinizə dair əhəmiyyətli texniki və tənzimləyici suallar mövcuddur. Biz dünyanın ehtiyat valyutasıyıq və bunu düzgün yerinə yetirmək üçün məsuliyyət daşıyırıq. Birinci olmağımız lazım deyil, bunu düzgün etməliyik.”-deyə, o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay