“Tesla” səhmləri çökdü, Mask $13 mlrd. itirdi
İlon Maskın sərvəti “Tesla” səhmlərinin 8.5% ucuzlaşmasından sonra 13 milyard dollar azalıb.
İnvestorları şirkətin 1.5 milyard dollar sərmayə qoyduğu bitkoin kriptovalyutasının kəskin ucuzlaşması qorxuzub.
Qeyd edək ki, hal-hazırda sahibkarın sərvəti 169.1 milyard dollar təşkil edir, günlük azalma təxminən 7.17% olub.
Bazar ertəsi günü “Tesla” səhmlərinin kəskin ucuzlaşması müşahidə olunub – qiymətli kağızların qiyməti 714.5 dollara enib. Bu, son beş ayda ən böyük azalmadır.
Ümumiyyətlə, 22 fevral digər texnologiya nəhəngləri üçün də uğursuz olub: “Apple” – 2.98%, “Amazon” – 2.13%, “Microsoft” – 2.68% ucuzlaşıb. Nastaq birjasında “texnoloji” indeks 2.5% azalıb, Dow Jones birjasında isə “sənaye” indeksi 0.1% artıb.
Hal-hazırda İlon Mask dünyanın ikinci ən zəngin adamıdır. Reytinqin lideri Ceff Bezos (185.6 milyard dollar), üçüncü namizədi isə Bernar Arnodur (158.9 milyard dollar). //Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay