Dünya
20.02.2021 / 16:14
Ermənistanda keçmiş məmur və media holdinq rəhbəri saxlanıldı
7893
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) politoloq, "Karyak media" media holdinqinin həmtəsisçisi Karen Bekaryan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyanı saxlayıb.
Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.
Bundan əvvəl, Bekaryanın evində, Saqatelyanın ofisində axtarış aparılıb.
Melikyana görə, onlar hərbi vəziyyət şəraitində məlumat yayma qaydalarını pozmaqda və millətlərarası ədavət və nifrət yaymaqda günahlandırılırlar. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Melikyan, onların vəkillərinin apellyasiya şikayəti vermək niyyətində olduqlarını söyləyib. //Azvision.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay