Gürcüstandan ermənilərə AĞIR ZƏRBƏ
Şərab istehsalı və üçüncü ölkələrə ixracı ilə məşğul olan bir sıra erməni şirkətləri məhsullarını Gürcüstan ərazisi ilə daşımaq məsələsində ciddi problem yaşayırlar. Erməni şərabları artıq 20 gündən çoxdur Gürcüstan gömrük terminallarında saxlanılır.
Ermənistan KİV-i məlumat verir ki, ölkədən ixrac olunan şərabların Gürcüstandan keçidinə icazə verilmir.
Erməni şirkətlərinin nümayəndələri artıq İqtisadiyyat Nazirliyi ilə əlaqə saxladıqlarını, Erməni Üzümçülük və Şərabçılıq Fondu isə problemi həll etmək üçün beynəlxalq birliyə məktub hazırlandığını qeyd edib.
Ermənilər şərablarının xaricə tranzitinin həyata keçirilməsində bu cür problemlə ilk dəfə 2020-ci ilin dekabrında üzləşdiklərini qeyd edirlər.
“VanArdi” şərab zavodunun təsisçisi və sahibi Varuzhan Muradyanın sözlərinə görə, Ermənistandan gətirilən erməni şərabları olan konteyner Gürcüstan ərazisindən keçərək Ukrayna və ABŞ-a getməli idi.
Ancaq tranzit ölkənin ərazisində gömrük işçiləri möhürü götürüb konteyneri açıblar və malların yoxlanılmasına başlayıblar.
Erməni sabhibkarlar baş verənlərə təəccübləndiklərini qeyd ediblər, çünki yeddi ildir Gürcüstan ərazisindən şərab ixrac ediblər və heç vaxt belə bir problemlə üzləşməyiblər.
Erməni Üzümçülük və Şərabçılıq Fondunun direktoru Zara Muradyan müsahibədə Gürcüstandakı həmkarlarına dəfələrlə məsələnin nə olduğunu anlamaq üçün müvafiq sual ilə müraciət etdiyini, lakin cavab almadığını qeyd edib.
Muradyan məsələdə əsas problemin üzüm sortunun adında olduğuna inanıdığını qeyd edib, çünki baş verənlər üçün başqa bir açıqlama yoxdur.
O, “Kaxet”in erməni şərab çeşidi olduğunu və onu öz adı ilə adlandırmağa hər cür haqqları olduğunu bildirir. Gürcüstan tərəfi isə bu adın Kaxeti bölgəsi ilə əlaqəli olduğunu iddia edir və şərabı belə adlandırmağa haqqlarının olmadığını vurğulayır.
Xatırladaq ki, son günlərdə Ermənistanın şərab və konyak istehsalında ucuz spirtdən istifadə etməsi ilə bağlı faktlar ortaya çıxmışdı.
Ermənistanın ölkədəki üzüm istehsalını süni şürətdə şişirtdiyini və xaricdən gətirilən ucuz spirtin “erməni məhsulu” adı ilə üçüncü ölkələrə ixracı həyata keçirdiyi məlum olmuşdu.//bizimmedia
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay