Messi 370 milyon avro vergi ödəyəcək
İspaniya mətbuatında yayılmış xəbərə görə, argentinalı futbol ulduzu 275 milyon avro həcmində gəlir vergisindən əlavə, imic haqlarından və reklam müqavilələrindən əldə etdiyi gəlirlərdən ödəyəcəyi vergi ilə birlikdə İspaniyanın dövlət büdcəsinə qarşıdan gələn dörd il ərzində ümumilikdə 370 milyon avro pul ödəyəcək. Bu rəqəmin İspaniyada fəaliyyət göstərən bir sıra məşhur şirkətlərin ödədikləri vergidən artıq olduğu vurğulanır.
“El Mundo” qəzetində verilmiş məlumatda Lionel Messinin imic haqları və digər sponsorluqlar üçün ödədiyi vergilər də nəzərə alınmaqla büdcəyə ödədiyi vəsaitin orta hesabla 120 min İspaniya vətəndaşının ödədiyi vergi qədər olduğu bildirilib.
Xatırladaq ki, L.Messi və atasına 2016-cı ilin iyul ayında vergi fırıldaqçılığı iddiası ilə cinayət işi açılmış və ilk mərhələdə Messiyə 21 ay həbs cəzası kəsilmişdi. Altı dəfə “Qızıl top” mükafatına layiq görülmüş 33 yaşlı super ulduz bunun qarşılığı olaraq 1,7 milyon cərimə ödəməli olmuşdu. //Vergiler.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay