Lirədən yeni maksimum – Toparlanır...
Fevral ayında 7.30 başlayan dollar/TL (USD/TRY) cütlüyü ay içində sürətli düşməyə başladı və bu gün məzənnə 7.01 səviyyəsinin də altına düşüb. Bu isə 5 avqustdan bu tərəfə minimumdur. Həm ölkəxarici və həm də daxildə baş verən inkişafyönümlü xəbərlər lirənin məzənnəsini mühüm dərəcədə təsirləndirib.
Dünyada risk iştahının yüksək olması inkişaf edən ölkələrdə də sərmayə axınını təmin etməkdədir. ABŞ başda olmaqla böyük iqtisadiyyatlar rekord təşviq paketləri sürdürəcəyi, bununla paralel mərkəzi bankların da orta müddətdə genişlənmə siyasətini qoruyacağı gözləntiləri lirəyə müsbət təsir edən faktorlardandır.
Digər maraqlı faktor isə ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında indeksinin azalaraq 90.293 bəndə qədər düşməsidir. Bu da lirənin güclənməsində mühüm təsiredici amil sayılır. //banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay