Azərbaycanlı hüquqşünas Londonun meri ola bilər
Azərbaycanlı hüquqşünas Kamran Balayev London şəhərinin meri vəzifəsinə namizəddir. Onun namizədliyi üzvü olduğu “Renew” partiyası tərəfindən irəli sürülüb.
Bu barədə “Vestikavkaza” portalı partiyanın rəsmi saytına istinadən məlumat verib.
Kamran Balayev 1981-ci ildə Bakıda anadan olub. O, Kembric Universiteti, eləcə də London İqtisad Məktəbində (LSE) ali təhsil alıb. K.Balayevin təsis etdiyi “Sərhədsiz hüquqşünaslar” təşkilatı BMT bəyannaməsi çərçivəsində insan hüquqlarının müdafiəsi ilə məşğul olur.
Hüquqşünas London sakinlərinin onu seçəcəyi təqdirdə, ilk növbədə şəhərin rəqəmsal iqtisadiyyatının inkişafı üzərində çalışacağını bildirib. Onun sözlərinə görə, İngiltərə paytaxtı bu sahədə ABŞ-ın Silikon vadisi ilə rəqabət apara biləcək potensiala malikdir.
Qeyd edək ki, London şəhərinin mer seçkiləri mayın 6-da keçiriləcək. Hazırda bu vəzifəyə 18 nəfər namizəddir (Oxu.az).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay