Türk lirəsi bir qədər də bahalaşacaq - Proqnoz
Üç aydan çoxdur ki, türk lirəsinin dollara nəzərən məzənnəsinin yüksəlməsi müşahidə edilir. 2020-ci ilin noyabrın əvvəlində dollar/lirə kursu 8,52 səviyyəsinə yüksəldikdən sonra lirə davamlı bahalaşır. Hazırda bir dollar 7,1 lirəyə bərabərdir.
Müqayisə göstərir ki, noyabrın əvvəlindən bəri ötən müddətdə lirə dollara nəzərən 20 faiz bahalaşıb. Belə ki, noyabrın əvvəlində bir lirə 0,117 dollar olduğu halda, hazırda 0,14 lirədir. Qısa müddətdə lirənin dollara nisbətən 19,65 faiz yüksəlməsi qeydə alınıb.
Xatırladaq ki, ötən il lirənin rekord səviyyədə ucuzlaşması pandemiyanın yaratdığı çətinliklə əlaqədardır. Türkiyənin xarici ticarət balansında çox zaman kəsir yaranır. Bu kəsirin böyük hissəsi xarici turizm əməliyyatlarından əldə edilən gəlirlə örtülür. Buna görə də hər il lirə ucuzlaşsa da, baş verən dəyişiklik kəskin olmurdu. Amma 2020-ci ildə sərt karantin tədbirləri ilə əlaqədar xarici səfərlərə məhdudiyyət tətbiq edildiyindən Türkiyəyə gələn turistlərin sayı dəfələrlə azaldı.
Azalma turizm gəlirlərini xeyli azaltdığından Türkiyənin xarici ticarətində yaranan kəsirin böyük hissəsini bağlamaq mümkün olmadı. Bunun nəticəsində dollar/lirə kursu xeyli yüksəldi. Ötən il ərzində dolların/lirə kursu 6 səviyyəsində olduğu halda, ilin sonunda 7,4 səviyyəsinə qədər artdı. Dollarda illik bahalaşma 23 faizi ötdü.
Pandemiyanın təsirlərinin azalması, peyvəndin tapılması və tətbiq edilməsi lirədəki ucuzlaşmanı dayandırdı.
Lirənin son 3 ayda bahalaşması Azərbayvanda da müşahidə edilir. 2020-ci ilin noyabrın əvvəlində bir lirə 22 qəpik olduğu halda, hazırda 24 qəpiyə yüksəlib.
Lirənin bahalaşması böyük ehtimalla 2021-ci ilin avqust ayına qədər davam edəcək. Çünki avqusta qədər Türkiyəyə gələn turistlərin sayı artır. Bəzi proqnozlara əsasən avqusta kimi dollar/lirə kursunun 6,5 həddinə qədər enməsi mümkündür ki, bu da əlavə 10 faiz bahalaşma deməkdir (Sfera.az)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay