Bu qəzet 3 ayda 509,4 milyon dollar qazandı
"New York Times"ın 2020-ci ilin 4-cü rübündə gəlirləri analitiklərin proqnozunu aşaraq 509,4 milyon dollar təşkil edib. Media qurumunun abunəçilərinin sayı isə 7,5 milyonu keçib.
Marja xəbər verir ki, "New York Times" yalnız dördüncü rübdə 627 min yeni abunəçi qazanıb. "New York Times"ın reklam gəlirləri illik müqayisədə 19% azalaraq 139,3 milyon dollara geriləyib, abunə gəlirləri 15% artaraq 315,8 milyon dollara çatıb.
Şirkətin cəmi abunəçilərinin sayı 7,52 milyona, o cümlədən elektron abunəçilrəin sayı 6,69 milyona çatıb.
Sərmayəçilər, Donald Trampın vəzifəsini itirməsindən sonra "Times"ın elektron abunəçilərinin artırmağa davam edib etməyəcəyini yaxından izləyəcək. Bir çox müşahidəçi Trampdan sonra xəbərlərə olan marağın azalacağını təxmin edir, lakin bu ana qədər buna dair konkret bir göstərici yoxdur.
"New York Times"ın elektron versiyadan reklam gəlirləri 2,3%, çap versiyadan reklam gəlirləri 38% azalıb.
"New York Times"ın səhmləri 2020-də 59% bahalaşıb. //Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay