Suriyada qadağalar ləğv edildi: Mağazalarda "Pepsi", "Snickers" satılır
Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra yeni hakimiyyət ölkəyə xarici məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə "Financial Times" nəşri yazıb.
Bildirilir ki, Suriya mağazalarının piştaxtalarına xaricdən gətirilən "Pepsi" içkisi, "Pringles" çipsləri, "Twix" və "Snickers" şokaladları, "Heinz" ketçupu, Livanda yetişdirilən banan və s. görmək mümkündür.
Bəşər Əsədin hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən xarici malların idxalı çətin idi, hətta hakimiyyət bu məhsulların gətirilməsini qadağan etmişdi. Suriyada qonşu Livan şirkətləri ilə və ya başqa adlar altında müştərək müəssisələr vasitəsilə çoxlu xarici məhsullar istehsal olunurdu.
Bundan başqa, Bəşər Əsədin dövründə büdcə gəlirlərini artırmaq üçün bəzi idxal mallarına rüsumlar artırılıb. Məsələn, keçən il "iPhone"lar üçün rüsum 900 dollara qədər idi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay