Aİ-nin ən böyük pensiya fondu İlon Maska görə "Tesla"dakı payını satdı
Avropa İttifaqının ən böyük, Avropanın isə ikinci ən iri pensiya fondu olan Niderlandın "Stichting Pensioenfonds ABP" fondu milyarder İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkətindəki payını satıb. Bu qərar Maskın yüksək bonus tələblərinə görə qəbul edilib.
Valyuta.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Fondun nümayəndəsi "Bloomberg"ə açıqlamasında bildirib ki, fondun şirkətdəki payı təxminən 571 milyon avro dəyərində qiymətləndirilib. Onun sözlərinə görə, səhmlərin satışı barədə qərar qəbul edilərkən məsuliyyətli investisiya prinsipləri də nəzərə alınıb.
2018-ci ildə Mask "Tesla" ilə razılaşma imzalayıb. Sazişə əsasən, şirkətin bazar dəyəri hər 50 milyard dollar artdıqca, Mask hər dəfə şirkətin 1%-lik səhmlərini əldə etməli idi. Bu müddəa, "Tesla"nın bazar dəyəri 100 milyard dollara çatdıqdan sonra qüvvəyə minib.
2024-cü ilin əvvəlində Delaver ştatının məhkəməsi Maskın 55 milyard dollardan çox məbləğdə bonus almasını bloklayıb. Məhkəmə bu məbləği "ağlasığmaz" adlandırıb.
"Bloomberg" bildirir ki, 2024-cü ilin iyununda "Tesla" idarə heyəti Maskın 101 milyard dollarlıq yeni bonus paketini təsdiqləyib. Lakin dekabr ayında məhkəmə bu bonusun ödənilməsini yenidən bloklayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay