Çinin ən böyük dövlət şirkətlərinin mənfəət azalması
Yanvar-noyabr aylarında Çinin ən böyük dövlət şirkətlərinin mənfəəti hökumətin fəal dəstəyinə baxmayaraq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Çin Milli Statistika Bürosunun məlumatlarına istinadən yazıb.
Qəzet həmçinin qeyd edir ki, Çində gəlirləri 20 milyon yuandan (2,7 milyon dollar) çox olan şirkətlərin korporativ mənfəəti yanvar-noyabr aylarında illik müqayisədə orta hesabla 4,7% azalıb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə ölkədə pandemiyanın yaratdığı karantin zamanı azalma 4% səviyyəsində təxmin edilirdi.
Ötən ilin 11 ayı ərzində adları çəkilən şirkətlərin gəlirləri illik müqayisədə cəmi 1,8% artıb. 2022-ci ildə 5,9% artım tempindən danışılırdı.
Ötən yaz "Bloomberg" xəbər vermişdi ki, Çinin "Huawei Technologies"in mənfəəti dördüncü rüb ardıcıl olaraq artıb və bu, texnologiya şirkətinin Çin smartfon bazarında "Apple" və digər rəqiblər üzərində üstünlüyünü əks etdirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay