Çinin yeni sanksiya paketi: ABŞ-nin 28 şirkəti hədəf alındı
Çinin Ticarət Nazirliyi tərəfindən verilən açıqlamada, "milli təhlükəsizliyin qorunması və silahların yayılmasının qarşısının alınmasına dair beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə Çin şirkətlərinə bu şirkətlərə ixracatın qadağan edildiyi" bildirilib.
Nazirlik, ABŞ-nin 10 şirkətinin Tayvana silah satışı səbəbilə "etibarsız qurumlar" siyahısına daxil edildiyini açıqlayıb.
"General Dynamics", "Boeing Defence", "Space & Security", "Lockheed Martin" və "Raytheon Missiles & Defence" kimi müdafiə sənayesi şirkətlərinə ixrac qadağası tətbiq edilib. Həmçinin, "Lockheed Martin"in 5, "General Dynamics"in 3, "Raytheon"un 1 şirkəti və "General Dynamics" ilə "Raytheon"un birgə ortaqlığı "etibarsız qurumlar" siyahısına salınıb.
Çin şirkətlərinin birinci qrupa daxil olan 28 şirkətə "ikili məqsədli məhsullar" satması məhdudlaşdırılıb. İkinci qrupa daxil olan 10 şirkətlə isə Çin şirkətləri arasında hər hansı ticarət əlaqəsi qadağan edilib. Bundan əlavə, həmin şirkətlərin Çində investisiya etməsi və rəhbərlərinin Çinə daxil olması və ya ölkədən çıxması da qadağan olunub.
Pekin rəhbərliyi, ən son 24 dekabr tarixində ABŞ-ın Tayvana silah satışı ilə əlaqədar 13 Amerika müdafiə sənayesi şirkəti və 6 rəhbərinə qarşı sanksiya tətbiq edəcəyini elan etmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay