Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb
Londonun “St John’s Wood” ərazisində yerləşən evlərdən birindən 10 milyon funt sterlinqdən çox dəyərində zinət əşyası və 150 min funt sterlinq dəyərində dizayner çantaları oğurlanıb.
AZƏRTAC xəbər verir ki, London polisinin verdiyi məlumata görə, “Avenue Road” ünvanında yerləşən evə 20-30 yaşlarında ağdərili bir kişi ikinci mərtəbədəki pəncərədən dırmaşaraq daxil olub. O, çox bahalı olan “Hermes Crocodile Kelly” çantalarını, 15 min funt sterlinq nağd pulu və ümumi dəyəri 10.4 milyon funt sterlinq olan zinət əşyalarını oğurlayıb.
Zərərçəkənlər cinayətkarın tutulması və məhkum edilməsinə səbəb olacaq məlumat üçün 500 min funt sterlinq mükafat təklif ediblər.
Oğurlanan əşyalar arasında “De Beers” brendinə aid iki kəpənək formalı almaz üzük, “Katherine Wang” tərəfindən hazırlanmış çəhrayı sapfirli kəpənək formasında sırğalar, həmçinin qızıl, almaz və sapfirdən hazırlanmış “Van Cleef” boyunbağı kimi xüsusi əşyalar var.
Qeyd edək ki, “Avenue Road” Londonda ən bahalı mülklərin yerləşdiyi küçələrdən biridir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay