Toxunduğu yer qızıla çevrilir - Ceff Bezosa görə 0,74 hektar boş torpaq 200 milyona satılır

Redaktor

27.12.2024 21:50
276

Toxunduğu yer qızıla çevrilir - Ceff Bezosa görə 0,74 hektar boş torpaq 200 milyona satılır

Milyarder iş adamı Ceff Bezosun Mayamidəki qonşusu - 1,8 dönümlük boş torpaq sahəsinə 200 milyon dollar qiymət tələb edir.

Valyuta.az xəbər verir ki, gizli bir satıcı Ceff Bezosun Cənubi Floridada aldığı mülklərin yanındakı boş sahil torpağını 200 milyon dollara satmaq niyyətindədir. 

Təxminən 0,74 hektar bu torpaq sahəsi, "Milyarderlərin sığınacağı" adlandırılan süni baryer adası İndian Creekdə yerləşir. Müqaviləyə vasitəçilik edən İlya Reznik satıcının şəxsiyyətini açıqlamasa da, qiymətlə bağlı danışıqlara açıq olduqlarını bildirib:

"Artıq bir neçə potensial müştəriyə yeri göstərmişəm və aydın məsələdir ki, alıcı milyarder olacaq".

Torpaq 200 milyon dollara satılmasa belə, Reznik bunun bölgə üçün rekord qiymət olacağına inanır. Bunun əsas səbəbi, "Amazon.com Inc."in təsisçisi Ceff Bezosun 2023-cü ildən bəri İndian Creekdə üç mülk almasıdır. Bu mülklərdən ikisi hazırda satışda olan torpaq sahəsinin yaxınlığında yerləşir. Bezos bu il üçüncü mülkünü təxminən 87 milyon dollara almışdı.

Reznik əlavə edib: "Məncə, 200 milyon dollar böyük bir rəqəmdir, amma sonda alıcının daha çox ödəyəcəyindən əminəm, çünki qonşu Bezosdur. Bezos İndian Creekə gəlməzdən əvvəl bu qiymətlər mövcud deyildi".

Rəsmi sənədlərə görə, boş torpaq sahəsi 2018-ci ildə Delaver ştatında qeydiyyatdan keçmiş "SMM Sunny Holding LLC" şirkəti tərəfindən 27,5 milyon dollara alınıb. Reznikin sözlərinə görə, hazırkı sahib torpaq üzərində 25.000 kvadrat fut (2.322,6 kvadrat metr) sahəyə malik mülk üçün ilkin dizaynlar hazırlayıb və bu, gələcək alıcıya təqdim olunacaq.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...