"Alibaba" və "E-Mart"ın 4 milyardlıq birləşməsi - "Bloomberg"
"Alibaba Group Holding Ltd." Cənubi Koreyadakı fəaliyyətlərini "E-Mart Inc." şirkətinin e-ticarət platforması ilə birləşdirməyə yaxındır. Məqsəd, ölkənin sürətlə inkişaf edən onlayn pərakəndə bazarında rəqabət üstünlüyü əldə etməkdir.
Valyuta.Az xəbər verir ki, saziş nəticəsində yaradılacaq birgə müəssisənin dəyərinin təxminən 4 milyard dollar olması gözlənilir. Hazırda tərəflər razılaşmanın detallarını yekunlaşdırır və rəsmi elan bu həftə verilə bilər.
Lakin danışıqlar davam edir və yekun razılaşmanın əldə olunması daha çox vaxt tələb edə bilər. Hər iki şirkətin nümayəndələri məsələyə şərh verməkdən çəkiniblər.
Bu birləşmə, yerli rəqiblər - "Naver Corp." və "Coupang Inc." ilə rəqabəti gücləndirmək baxımından əhəmiyyətli addım ola bilər. Cənubi Koreyada istehlakçı inamı bu ay pandemiya dövründən bəri ən aşağı səviyyəyə enib. Buna prezident Yun Sok Yolun (Yoon Suk Yeol) hərbi vəziyyət elan etməsi və impiçmenti səbəbindən yaranan siyasi gərginlik səbəb olub.
"Alibaba", Çin bazarındakı e-ticarət əməliyyatlarının zəif artımını kompensasiya etmək üçün beynəlxalq miqyasda genişlənməyə çalışır. Şirkətin daxili e-ticarət sektoru sentyabr rübündə zəif artım göstərib, lakin beynəlxalq biznes və "cloud" xidmətləri müsbət nəticələr verib.
"E-Mart" isə həm daxili inkişaf, həm də satınalmalar yolu ilə e-ticarət fəaliyyətlərini genişləndirir. 2021-ci ildə şirkət "eBay Inc."-in Cənubi Koreyadakı onlayn ticarət platformasının əsas payını 3 milyard dollara əldə edərək müştəri bazasını artırıb.
"E-Mart"ın səhmləri bu il 7% dəyər itirib və şirkətin bazar dəyəri 1,4 milyard dollara enib. Eyni zamanda, "Alibaba"nın Honq-Konq birjasında listinqdə olan səhmləri 11% artıb və şirkətin bazar dəyəri 200 milyard dolları keçib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay