ABŞ-da 2024-cü ildə 327 şirkət rəhbəri istefa verib
"ABŞ-da yüzlərlə şirkət rəhbəri Trampın prezidentliyi öncəsi istefa verdi"
ABŞ-da 2024-cü ildə rekord sayda - 327 şirkət rəhbəri öz vəzifələrini tərk edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Challenger Gray" konsaltinq şirkətinin məlumatlarına istinadən TASS agentliyi xəbər yayıb.
İstefaların əsas səbəbi Donald Trampın prezident seçilməsi və yaxınlaşan inauqurasiya mərasimidir.
Respublikaçı Trampın xarici mallara yüksək idxal rüsumları tətbiq etməyi planlaşdırdığı açıqlaması bir çox rəhbəri narahat edib. Bəzi rəhbərlər, "bütün bunlarla üzləşməzdən əvvəl istefa verəcəyəm" kimi ifadələrlə öz mövqelərini izah ediblər.
Qeyd edək ki, buna bənzər rekord göstərici 2019-cu ildə, Trampın ilk prezidentliyi dövründə də qeydə alınmışdı - həmin il 312 rəhbər vəzifəsini tərk etmişdi.
Ekspertlər hesab edirlər ki, yüksək səviyyəli rəhbərlərin getdikcə daha çox özəl sektorda fəaliyyət göstərməsi bir tendensiyaya çevrilib. Özəl sektorda, xüsusən də iri şirkət və fondlarda çalışmaq, rəhbərlərə ictimai şirkətlərin başında olmaqdan daha çox qazanc əldə etməyə imkan verir.
Donald Tramp hələ rəsmi olaraq prezident vəzifəsini Co Baydendən təhvil almasa da, artıq bəzi planlarını açıqlayıb. O, ABŞ-ın Qrenlandiya və Panama kanalına nəzarəti təmin etmək niyyətində olduğunu bəyan edib. Bundan əlavə, Kanadaya ABŞ-ın 51-ci ştatı kimi birləşmə üstünlüklərini təqdim edib. Avropa İttifaqına isə Amerika nefti və qazını almağa məcbur etmək üçün yeni gömrük rüsumlarının tətbiqi ilə təhdid edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay