BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7878
  • RUB
    1.6505
  • TRY
    0.0486
  • GBP
    2.1481
61555

ABŞ Ədliyyə Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, Almaniya və Kanada vətəndaşı olan və Çində yaşayan bir şəxs, "Tesla"nın elektrik nəqliyyat vasitələrinin ticarət sirlərini oğurladığı üçün ABŞ-da 24 ay həbs cəzasına məhkum edilib.

Valyuta.Az xəbər verir ki, 59 yaşlı Klaus Pluqbayl iyun ayında biznes ortağı Yilong Şao ilə birlikdə "Tesla"nın batareya istehsalı sirlərini "Long-Aylend"dəki iş adamları qismində çıxış edən Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşlarına satmağa cəhd etdiyini etiraf edib.

Pluqbaylın vəkili və "Tesla"nın nümayəndələri məhkəmə qərarına münasibət bildirməyib. Eyni zamanda ittiham edilən, lakin hələ də azadlıqda olan Şao ilə əlaqə saxlamaq mümkün olmayıb.

ABŞ baş prokurorunun köməkçisi Metyu Olsen bəyanatında bildirib: "Amerikalı elektrik nəqliyyat vasitəsi istehsalçısının ticarət sirlərini öz Çində yerləşən şirkətində istifadə etmək üçün oğurlamaqla Pfluqbaylın hərəkətləri milli təhlükəsizlik baxımından kritik olan bir sənayedə Çin Xalq Respublikasının maraqlarına xidmət edirdi".

Pluqbayl mart ayında Nyu-Yorkda ittiham olunmuşdu.

Prokurorların məlumatına görə, o və Şao öz elektrik nəqliyyat vasitəsi batareyası bizneslərini ABŞ-ın aparıcı elektrik avtomobili şirkətinin ticarət sirləri əsasında qurublar. Şirkətin adı açıqlanmasa da, prokurorlar həmin şirkətin 2019-cu ildə Kanadada yerləşən batareya yığımı istehsal xətti şirkətini satın aldığını bildiriblər. Bu təsvir "Tesla"nın Kanadanın "Hibar" şirkətini almasına uyğun gəlir.

Ədliyyə Nazirliyi Pfluqbayl və Şaonun əvvəllər Kanadalı şirkətdə çalışdığını və Pluqbaylın 2020-ci ildə Şaonun biznesinə qoşulduğunu bildirib. Prokurorların sözlərinə görə, Pluqbayl və Şaonun şirkəti Çində, Kanadada, Almaniyada və Braziliyada əvvəlki işəgötürənləri ilə eyni batareya yığımı avadanlıqları istehsal edir.

Prokurorların məlumatına əsasən, Şao ötən il Las-Veqasda keçirilən sərgidə gizli "FBI" əməkdaşları ilə görüşüb. Bundan sonra Pluqbayl onlara "Tesla"nın ticarət sirlərini ehtiva edən biznes təklifi göndərib.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone" istifadəçilərinin 73 faizi neyron şəbəkə funksiyalarını faydasız hesab edir

"Broadcom" və "Nvidia"dan tarixin ən böyük çip müharibəsi - "The Street"

Mərkəzi Bank "Pera Tekstil"i inzibati məsuliyyətə cəlb etdi

218 238 manat vergi borcu olan "Alyans Tekstil" vergi orqanını məhkəməyə verdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin yarım milyonluq tenderi ləğv edildi

"Tesla" oğurluğu: Çin sakini ABŞ-da həbs edildi - "Reuters"

"General Təchizat və Servis" şirkəti də etibarsız təchizatçı çıxdı

"Meta" yüz milyonlarla dollar cərimələndi

Mərkəzi Bank üç sığorta vasitəçisinin lisenziyasının qüvvəsini dayandırdı

Mərkəzi Bank üç sığorta vasitəçisinin lisenziyasının qüvvəsini dayandırdı

Bağça müdiri olmaq istəyənlər üçün imtahan vaxtı açıqlandı

Rusiya "iqtisadi intihar" astanasındadır - "Le Monde"

Dincə qoyulmuş torpağa görə subsidiya veriləcək

Əkin subsidiyasının verilmə müddəti 2030-cu ilədək uzadılıb

Britaniya "Carlsberg"ə "Britvic"i almağa icazə verdi - 4,2 milyardlıq satış

"Gilan Tekstil Park" cərimələnə bilər

Prezident Fərman imzaladı

Qar yağacaq - Xəbərdarlıq

Mobil operatorların gəlirləri açıqlanıb

11 ayda 2.5 tondan çox qızıl istehsal edilib

Bu il kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

Dövlət büdcəsinin profisiti 6 dəfədən çox artıb

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin zərəri 27%-ə yaxın artıb

Aqrar sektor 1% böyüyüb

Azərbaycanda avtomobil benzininin və dizel yanacağının istehsalı azalıb - CƏDVƏL

Əhalinin banklardakı əmanəti artıb

Yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxslər saxlanıb

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək

AYNA ilə "Meqa Sığorta" arasında 230 minlik müqavilə

Adambaşına düşən gəlir on bir ayda 7 319 manata qalxıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin